İspaniyalı ulduzu 5 il həbs cəzası gözləyir

İspaniyanın məşhur futbol ulduzlarından olan Xabi Alonso 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Sportline.az xəbər verir ki, Madrid prokurorluğu onu vergidən yayınmada ittiham edir. El Paisin yaydığı məlumata görə, İspaniya millisinin sabiq yarımmüdafiəçisi 3 qanun epizodunu pozduğu üçün cavab verməlidir. Məlumatda bildirilir ki, Alonso 2010-2012-ci illər ərzində vergi orqanlarından 2 milyon avro gizlədib.