İsrail-Belçika oyununun keçiriləcəyi şəhər məlum olub
Belçika və İsrail milli komandaları arasında 2024/25 Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunun oyunu Macarıstanda keçiriləcək.
Sportline.az xəbər verir ki, bu barədə Belçika Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Oyun sentyabrın 6-da Debretsen şəhərində boş tribunalar qarşısında baş tutacaq.
Bundan əvvəl məlum olmuşdu ki, Belçikanın Lyej, Brüssel, Leven, Antverpen və Brügge şəhərləri siyasi vəziyyət və ciddi təhlükəsizlik tədbirlərinin təmin edilməsi zərurəti ilə əlaqədar görüşə ev sahibliyi etməkdən imtina ediblər.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında UEFA Qəzza zolağındakı vəziyyətlə əlaqədar İsrailin Avro-2024-ün seçmə mərhələsinin oyunlarını başqa tarixlərə və neytral məkanlara keçirmişdi.