İsrailli futbolçu karyerasını ÇSKA-da davam etdirə bilər
ÇSKA Moskva "Makkabi" Tel Əvivin 20 yaşlı hücumçusu Dor Turqemanı heyətinə qatmaq istəyir.
Sportline.az Sport.ru-ya istinadla xəbər verir ki, klublar Dor Turqemanın transferi ilə bağlı danışıqlar aparırlar. İsrail klubu hücumçunu 4 milyon avroya satmaq istəyir. ÇSKA isə transferi 3.5 milyon avroya bitirmək niyətindədir.
Gənc futbolçu İsrail millisi ilə Paris Olimpaidasında 3 oyun keçirib. Transfermakt portalı görə onun transfer dəyəri 2.5 milyon avrodur.
Qeyd edək ki, Turqeman 2020-ci ildən çıxış etdiyi "Makkabi"də 67 oyuna 13 qol vurub, 4 asist edib.