İsrailli futbolçunun ÇSKA-ya keçidi alınmayıb
"Makkabi" Tel Əvivin hücumçusu Dor Turqemanın ÇSKA-ya transferi baş tutmayacaq.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, "hərbiçilər" 20 yaşlı futbolçunun keçidi üçün "Makkabi" ilə danışıqlar aparırıdı.Futbolçu özü Rusiyada oynamağa razılıq versə də daha sonra vəziyyət dəyişdi.
Mənbənin sözlərinə görə Dor Turgeman Avropa Liqasında komanda ilə mübarizə aparmaq üçün "Makkabi"də qalacaq. Futbolçu Rusiyaya getməyə hazır idi, lakin indi isə növbəti qış və ya yay transfer pəncərəsində Avropadan daha sərfəli təklif almaq üçün özünü avrokuboklarda göstərmək istəyir. ÇSKA və "Makkabi Tel-Əviv" də oyunçunun transfer məbləği ilə bağlı razılığa gələ bilməyiblər.
Ötən mövsüm 49 oyunda iştirak edən Turqeman aktivinə 11 qol yazdırıb.
Qeyd edək ki, gənc futbolçu Paris Olimpiyadasında İsrail millisinin heyətində 3 oyun keçirib.