İstanbul derbisində bərabərlik

Türkiyə Superliqasında növbəti İstanbul derbisi keçirilib.

Sportline.az xəbər verir ki, "Fənərbağça" öz meydanında əzəli rəqibi "Qalatasaray"ı qəbul edib.

14-cü turun görüşü 1:1 hesabı ilə nəticələnib.

Hesabı 27-ci dəqiqədə qonaqların futbolçusu Leroy Sane açıb. Meydan sahibləri isə 90+5-ci dəqiqədə Con Duranın qolu ilə məğlubiyyətdən qurtulublar.

"Qalatasaray" 33 xalla liderdir. Bir xal az toplayan "Fənərbağça" 2-ci pillədə qərarlaşıb.