İstanbul nəhəngi Sançesin ovuna çıxıb

“Qalatasaray” daha bir ulduz futbolçuya təklif ünvanlayıb.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, “Sarı qırmızı”lar “Marsel” klubunun 34 yaşlı futbolçusu Aleksis Sançes üçün hərəkətə keçiblər.

Tərəflərin razılıq əldə etməyə yaxın olduğu bildirilir. 

“Qalatasaray” təcrübəli futbolçu üçün 3 milyon avro və əlavə bonuslar ödəməyə hazır olsa da Səudiyyə Ərəbistanı klbularının yüksək məbləğ təklif etməsi transferi ləngidir. 

Qeyd edək ki, futbolçunun hazırki dəyəri 4 milyon avrodur.