İstanbul nəhəngi ulduz futbolçu ilə maraqlanır
“Qalatasaray” “Bavariya”nın futbolçusu Marsel Zabitserlə razılıq əldə etməyə yaxındır.
Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, Türkiyə nəhəngi Almaniya klubu ilə rəsmi görüş keçirib.
Avstriyalı futbolçunun hazırki dəyəri 20 milyona avro olduğundan “Qalatasaray” rəhbərliyi 29 yaşlı müdafiəçini icarə əsasında almaq istəyir.
Qeyd edək ki, Zabitser bu mövsümün ilk hissəsini “Bavariya”da, qalan hissəsini isə icarə əsasında "Mançester Yunayted"də keçirib.