İstanbul nəhəngi ulduz futbolçuya elçi düşüb

“Fənərbağça” heyəti gücləndirmək yolunda səs-küylü addım atmağa hazırlaşır.

Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, istanbullular “Mançester Yunayted” ilə yollarını ayıran De Heyanı heyətə qatmaq niyyətindədirlər.

Türkiyə klubu ispaniyalı qolkiperə rəsmi təklif göndərməyə hazırlaşır. 

Qeyd edək ki, “Fənərbağça” bundan öncə xorvatiyalı qolkiper Livakoviçi transfer etmək istəsə də razılıq əldə olunmamışdı.