İstanbul nəhəngləri Emre Canı istəyir
"Borussiya Dortmund"un futbolçusu Emre Can karyerasını Türkiyə Süper Liqasında davam etdirməyə yaxındır.
Sportline.az xəbər verir ki, "Fənərbağça", "Qalatasaray" və "Beşiktaş" 31 yaşlı stopper üçün hərəkətə keçib.
Bu haqda "Bild" nəşri məlumat yayıb.
Qeyd edək ki, E.Canın dəyəri 7 milyon avrodur.