İsveçrə şirkəti AFFA Lisenziyalaşdırma qrupunun fəaliyyətinə qiymət verib

İsveçrənin SGS şirkəti 2021-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Sportline.az xəbər verir ki, şirkətin AFFA-ya ünvanladığı təbrik məktubunda milli assosiasiyanın Lisenziyalaşdırma qrupunun fəaliyyətinin UEFA-nın keyfiyyət standartlarına uyğun olduğu bildirilib.

Vurğulanıb ki, Lisenziyalaşdırma qrupu 2022-2023-cü il mövsümündə Azərbaycan klublarının avrokuboklarda iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.