İsveçrəli futbolçu milli komanda karyerasını başa vurub

"Şikaqo" komandasının oyunçusu Cerdan Şakiri milli komanda karyerasını başa vurduğunu açıqlayıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 32 yaşlı vinqer sosial media hesabında etdiyi paylaşımda bu ifadələri işlədib.

"Yeddi turnir, çoxlu qollar, İsveçrə millisində 14 il və unudulmaz anlar. Milli komanda ilə vidalaşmağın vaxtıdır. Gözəl xatirələrim var və hamınıza deyirəm: TƏŞƏKKÜRLƏR!".

Qeyd edək ki, Şakiri İsveçrə millisi ilə keçirdiyi 125 oyunda 32 qol vurub.