İtaliya A Seriyasında avqustun ən yaxşı futbolçusu bilindi

İtaliya A Seriyasında avqust ayının ən yaxşı futbolçusu açıqlanıb.

Sportline.az İtaliya Futbol Assosiasiyasının saytına istinadən xəbər verir ki, "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya ötən ayın ən yaxşı oyunçusu seçilib.

Gürcüstan millisinin üzvü avqustda İtaliya çempionatında meydana çıxdığı 4 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Kvaratsxeliya bu yay Batumi “Dinamo”sundan “Napoli"yə keçib. Onun atası Badri Kvaratsxeliya 1997-98-ci illərdə “Kəpəz”də, 1998-2005-ci illərdə isə “Şəmkir”də oynayıb. O, Azərbaycan milli komandasının da formasını geyinib.

Banner