İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

2023-cü ilin yanvarından etibarən İtaliya A seriyasında yarımavtomatik ofsayd aşkarlama sistemindən istifadə olunacaq.

Sportline.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina açıqlamasında bildirib.

O, bu sistemdən ilk olaraq yanvarın 27-də - çempionatın XX tur matçlarında yararlanacaqlarını söyləyib. Texnologiyanın ofsaydı ən dəqiq və sürətli aşkarlaması üçün stadionun perimetri ətrafında kameralar quraşdırılacaq.

Bundan daha əvvəl Qətərdə keçirilən dünya çempionatında istifadə olunub.

Banner