İtaliya Romada Belçika ilə bacarmayıb
UEFA Millətlər Liqasında 3 tura start verilib.
Sportline.az xəbər verir ki, gecənin mərkəzi matçında İtaliya millisi öz meydanında Belçika ilə qarşılaşıb. Görüş məhsuldar heç-heçə ilə başa çatıb. 2:2
İtaliya millisində qolları Andrea Kambiyaso (1), Mateo Reteqi (24), Belçikada isə Maksim De Kuyper (42), Leandro Trossard (61) vurub.
İtaliya millisinin futbolçusu Lorenzo Pelleqrini 42-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, Belçika 4 xalla 3-cüdür. İtaliya millisi isə 7 xalla qrupa başçılıq edir.