İtaliya Futbol Federasiyası 4 milyon avro cərimələndi

İtaliya antiinhisar təşkilatı yerli futbol federasiyasını cərimələyib.

Sportline.az xəbər verir ki, təşkilatın bu addımı atmasına federasiyanın üstünlük mövqeyindən sui-istifadə etməsi səbəb olub.

Daha dəqiq desək, federasiya 2015-ci il iyulun 1-dən digər idman profilli təşkilatların gənclər və həvəskarlar arasında yarışların təşkili səlahiyyətlərini məhdudlaşdırıb.

Qərara əsasən İFF 4 milyon avro məbləğində cərimə ödəyəcək.