İtaliya klubu bombardirsiz qaldı

“Atalanta” hücumçusu Duvan Sapatanın xidmətindən məhrum olub.

Sportline.az saytının məlumatına görə, kolumbiyalı forvard uzun müddətə sıradan çıxıb.

O, İtaliya A seriyasının XXIV turunun “Kalyari” ilə matçında (1:2) zədələnib. Dekabrın 21-dən sonra ilk dəfə meydana çıxan Sapata 58-ci dəqiqədə oyuna daxil olsa da, cəmi 14 dəqiqə sonra yenidən xəsarət alıb.

Cənubi amerikalının 3-4 ay yaşıl meydandan kənar qalacağı gözlənilir. Bu, onun mövsümdə meydana çıxmaq ehtimalını minimuma endirib.

Qeyd edək ki, Sapata cari mövsümdə “Atalanta”nın A seriyasındakı ən yaxşı bombardiridir. O, 9 qol və 4 assistə imza atıb. Onun yoxluğunda Berqamo təmsilçisində yalnız bir nominal mərkəz hücumçusu – Luis Muriel qalıb.

Banner