İtaliya klubu Davinson Sançes üçün təklif göndərib

İtaliya klubu Davinson Sançes üçün təklif göndərib.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "Qalatasaray" klubunun "Tottenhem"dən 9,5 milyon avroya transfer etdiyi futbolçu üçün "Napoli" təklfi göndərib.

İtaliya klubu Davinson Sançes üçün 15 milyon avro təklif edib. İstanbul nəhənginin isə keçidlə bağlı yekun qərarı açıqlanmayıb.

Qeyd edək ki, "sarı-qırmızılar" təcrübəli müdafiəçinin komandadan getməsini istəmədiklərini bildiriblər.