İtaliya millisinin üzvü "Arsenal"a keçir
"Bolonya"nın müdafiəçisi Rikkardo Kalafyori karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Sportline.az xəbər verir ki, o, "Arsenal"ın formasını geyinə bilər.
Jurnalist Fabrisio Romanonun sözlərinə görə, londonlular futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıblar.
"Bolonya"nın Kalafyori üçün 50 milyon avro istədiyi bildirilir.
Qeyd edək ki, 22 yaşlı müdafiəçi "Çelsi"nin də maraq dairəsindədir.