İtaliyalı futbolçu koronavirusla bacarmır

“Atalanta”nın qapıçısı Marko Sportyello koronavirusa qalib gələ bilmir.

Sportline.az xəbər verir ki, 27 yaşlı qolkiperin təkrar testi də pozitiv alınıb.

İtaliyalı futbolçuda koronavirus ilk dəfə martın 20-də aşkarlanmışdı. Aprelin əvvəlində onun bu xəstəlikdən sağaldığı açıqlanmışdı. Amma bu günlərdə ondan götürülən yeni analizin nəticələri müsbət olub.

Sportyellonun hazırda özünü yaxşı hiss etdiyi və ev şəraitində karantinə alındığı bildirilir.