İvan Rakitiçin qiyməti

“Barselona” futbolçusu İvan Rakitiçlə yolları ayırmaq niyyətindədir. 

Sportline.az xəbər verir ki, artıq xorvatiyalı yarımmüdafiəçinin transfer dəyəri də məlumdur.

Rakitiçi heyətinə qatmaq istəyən komanda Kataloniya klubuna 10 milyon avro ödəməlidir. Bir neçə klubun maraqlandığı futbolçunun müqaviləsi 2021-ci ildə başa çatır.

Qeyd edək ki, Rakitiç 7 ildir ki, "Barselona"nın şərəfini qoruyur.