Ən yaxşı baş məşqçi açıqlandı
Rusiya Premyer Liqasının iyul-avqust aylarında ən yaxşı baş məşqçisi açıqlanıb.
Sportline.az xəbər verir ki, bu ada "Zenit"in baş məşqçisi Sergey Semak layiq görülüb.
Maraqlıdır ki, seçim zamanı üçtirəlik yaranıb.
Azarkeşlərin səsverməsində "Spartak"ın çalışdırıcısı Deyan Stankoviç, teleeksperlərin seçimində "Lokomotiv"in baş məşqçisi Mixail Qalaktionov, RPL-in ekspertlərinin seçimində isə Semak üstünlük qazanıb.
Bu nominasiyada RPL ekspertlərinin səsi prioritet sayıldığından təbrikləri də Semak qəbul edib.
Qeyd edək ki, 7 turdan 17 xal toplayan "Zenit" çempionatın lideridir.