Joao Feliks Portuqaliyaya qayıda bilər

"Benfika" rekord məbləğə satdığı Joao Feliksi komandaya qaytarmaq istəyir.

Sportline.az A Bola-ya istinadla xəbər verir ki, Lissabon klubu 24 yaşlı hücumçunu heyətinə qatmaq üçün "Atletiko" ilə danışıqlara başlayıb.

Ötən mövsümü icarə əsasında "Barselona"da keçirən Feliks komanda ilə çıxdığı 44 oyunda 10 qol vurub, 6 asist edib.

2019-cu ildə 127.2 milyon avro qarşılığında "Atletiko"ya keçən Joao bir dönəm "Çelsi" klubunda da icarədə olub.

Qeyd edək ki, Feliks 2019-cu ildən şərəfini qoruduğu Portuqaliya milllisində 41 oyuna çıxıb və 8 qol vurub.