"Spartak"ın Kordoba sevdası baş tutmadı

"Spartak" "Krasnodar"ın futbolçusu Con Kordobanın transferini reallaşdıra bilməyib.

Sportline.az xəbər verir ki, danışıqlar futbolçunun imtinası səbəbindən dayandırılıb.

Bu haqda sport-express.ru saytı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, tərəflər maliyyə məsələsində anlaşmayıblar.

Klub 4milyon +1 milyon bonus təklif etdiyi halda, braziliyalı hücumçu 5 milyon avronu tam məbləğ kimi almaq istəyib. 

Qeyd edək ki, "Spartak"ın Kordoba üçün "Krasnodar"a 16 milyon avro təklif etdiyi bildirilirdi.