Jorjinyo “Arsenal”dan ayrılacaq
“Arsenal”ın brazilyalı futbolçusu Jorjinyonun klubdan ayrılacağı dəqiqləşib.
Sportline.az “Mirror” nəşrinə istinadən xəbər verir ki, Jorjinyo “Flamenqo” ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Jorjinyo karyerası ərzində "Verona", "Sambonifeyses", "Napoli" və "Çelsi" kimi klublarda çıxış edib.
33 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 20 oyunda 1 asistlə yadda qalıb.