Jorjinyo mövzusu qapandı
İtaliya millisinin üzvü Jorjinyo karyerasını İngiltərədə davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda onun meneceri Joao Santos məlumat paylaşıb.
Onun sözlərinə görə, italiyalı yarımmüdafiəçi "Arsenal"dan ayrılmaq istəmədiyini bildirib.
Qeyd edək ki, Jorjinyo İtaliya, Türkiyə və Səudiyyə Ərəbistanı klublarından təkliflər almışdı.