Kadinin "Krasnodar"a qoşulacağı tarix bilindi

"Qarabağ" və Rusiyanın "Krasnodar" klubları Kadi Borgesin transferi ilə bağlı razılıq əldə ediblər.

Sportline.az Sportlife.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi 2023-cü il yanvar ayının 12-də Dubayda "Krasnodar"la rəsmi müqavilə imzalayacaq.

Klubun təlim-məşq toplanışı Dubayda olduğu üçün Kadi birbaşa ora yollanacaq.

Qeyd edək ki, Kadi Borges 2021-ci ildən "Qarabağ"ın formasını geyinir.

Banner