Kamavinqa Almaniya nəhənginin transfer siyahısında yer alır
"Borussiya Dortmund" "Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqanı heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ramon Alvarez məlumat yayıb.
23 yaşlı futbolçunun dəyəri 50 milyon avrodur.
Qeyd edək ki, E.Kamavinqa cari mövsüm meydana çıxdığı 43 matçda 2 qol, 1 asistlə yadda qalıb.