Kamran Ağayev "Keşlə"də
Cari mövsüm uğursuz nəticələrlə yadda qalan "Keşlə" heyətini daha bir futbolçu ilə gücləndirib.
SportLine.az xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan millisinin qapıçısı Kamran Ağayevlə razılığa gəlib. "Mlada Boleslav"la yollarını ayıran futbolçu yeni ildən "Keşlə"nin şərəfini qoruyacaq.
Qeyd edək ki, Bakı klubu bunadək "Neftçi"dən Məqsəd İsayev və Çexiya "Fastav"ından Pablo Podionun transferini reallaşdırıb.