Kandreva "Sampdoriya"da

“İnter”in futbolçusu Antonio Kandreva  karyerasını “Sampdoriya”da davam etdirəcək.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Genuya təmsilçisində icarə əsasında çıxış edəcək.

Razılaşmaya əsasən, genuyalılar sonradan futbolçunu 3 milyon avroya transfer edə bilər. Onun müqaviləsi ümumilikdə 4 ili əhatə edir.

Qeyd edək ki, “İnter”də 151 matç keçirən Kandreva 18 qol vurub.