Kannavaro "Qızıl Top"a əsas namizədlərin adını çəkib
İtaliya millisinin sabiq müdafiəçisi və 2006-cı ilin "Qızıl top" sahibi Fabio Kannavaro bu ilki mükafata əsas namizədlərin adını çəkib.
Sportline.az xəbər verir ki, keçmiş futbolçu La Gazzetta dello Sport-a verdiyi müsahibədə bu fikirləri səsləndirib.
"Vinisius və ya Bellinqhem qalib gələcək, baxmayaraq ki, sonuncu mövsümün ikinci hissəsində birincisində olduğu kimi eyni səviyyədə çıxış etməyiblər.
Mbappe ən yaxşı mövsümünü keçirmədi, amma o, çempiondur və bariz namizəddir.
Rodri və Karvaxal da var. Dani hər şeyi qazandı, lakin müdafiəçi Qızıl topu qazanmaq üçün qeyri-adi bir şey göstərməlidir" deyə Kannavaro deyib.
Qeyd edək ki, "Qızıl Top"un sahibi oktyabrın 28-də məlum olacaq.