Kanselu: "Sevgilimlə yemək yeyərkən məni izləyirlər"
Azarkeşlərə kobud davranan “Barselona”nın futbolçusu Joao Konselo bununla bağlı açıqlama vermək məcburiyətində qalıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli futbolçu “Ettiklərim üçün heç də peşiman deyiləm. Kobud davranmağımın səbəbi var. Avtoqraf istəyən 20 yaşlı gənclər uşaqlarımla parkda olarkən, sevgilimlə yemək yeyərkən məni izləyirlər. Avtoqrafları isə satırlar”, - deyərək fikrini açıqlayıb.
Yekun olaraq isə, portuqaliyalı futbolçu “Əsil azarkeşlər belə etmirlər və onlar bizə hörmətlə yanaşırlar”, - deyib.