Kapitan gəmini tərk edir
“Mançester Yunayted”in portuqaliyalı futbolçusu Bruno Fernandeş mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az “Sunday Express” nəşrinə istinadən xəbər verir ki, Bruno Fernandeş “Mançester Yunayted”də xoşbəxt deyil.
30 yaşlı futbolçu kuboklar qazana biləcəyi kluba transfer olmaq niyyətindədir.
Qeyd edək ki, Bruno Fernandeş 2020-ci ilin yanvar ayından “Mançester Yunayted”in şərəfini qoruyur.
O bu mövsüm çıxış etdiyi 40 oyunda 11 qol və 13 məhsuldar ötürmə müəllifi olub.
Brunonun transfer qiyməti 60 milyon avro olaraq təyin olunub.