Kapitan koronavirusa yoluxdu

Fransanın “Lill” klubunun kapitanı Xose Fontedə koronavirus aşkarlanıb.
 
Sportline.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
36 yaşlı portuqaliyalı futbolçudan götürülən sonuncu testin nəticəsi müsbət çıxıb. Buna görə də kapitan dərhal karantinə alınıb və xüsusi nəzarətə götürülüb.