Karlsen Nepomnyaşi üzərində daha bir qələbə qazanıb
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində norveçli Maqnus Karlsen və rusiyalı Yan Nepomnyaşi arasındakı şahmat üzrə dünya çempionluğu uğrunda görüşdə 8-ci partiya keçirilib.
Sportline.az xəbər verir ki, ağ fiqurlarla oynayan Karlsen 46-cı gedişdə qələbəyə nail olub. Bununla da hazırkı dünya çempionu hesabı 5:3-ə çatdırıb.
9-cu partiya dekabrın 7-də olacaq.