Karpin Rusiya millisi ilə müqaviləni uzatdı

Rusiya millisinin baş məşqçisi Valeri Karpin yığma ilə müqaviləsini uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı məlumat yayıb. Onun sözləşməsi 2022-ci ilin sonuna qədər nəzərdə tutulub.

Karpin eyni zamanda, yenidən "Rostov"u çalışdıracaq. Bunu klubun rəsmi saytı açıqlayıb.

Qeyd edək ki, Karpin 2017-2021-ci illərdə "Rostov"u çalışdırıb. O, ötən il Rusiya millisinin baş məşqçisi təyin edilib.