Karpin: Vyetnamla oyun Rusiya millisi üçün çox vacibdir

Rusiya millisinin baş məşqçisi Vyetnamla keçiriləcək yoldaşlıq oyunu öncəsi matçla bağlı fikirlərini bildirib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, rusiyalı mütəxəssis "Sabahkı oyunda qarşınıza hansı məqsədi qoymusunuz?" sualına belə cavab verib.

-Futbol komandası və ya hər hansı digər idman komandası kimi məqsədimiz qələbə qazanmaqdır. Düşünürəm ki, Vyetnam millisinin qarşısında da eyni vəzifə var.

-Vyetnamda matç öncəsi hər kəs həyəcanlıdır, emosiyalarınızı bölüşə bilərsinizmi?

-Bu bizim üçün çox vacib səfər oyunudur. İndi biz elə də çox oyun keçirə bilmirik, rəsmi oyunlardan kənarda qalmışıq. Ona görə də, bütün matçlar bizim üçün önəmlidir. Oyunlara kifayət qədər ciddi hazırlaşırıq.

-Vyetnam mətbuatının bu qədər diqqəti sizi təəccübləndirdi?

Bu haqda heç düşünməmişəm.Təəcüblənmədim.

Qeyd edək ki, Rusiya millisi Hanoi şəhərində Vyetnamla üz üzə gələcək.Görüş sentyabrın 5-də saat 17:00-da başlayacaq.