"Karvan-Yevlax"dan "Mingəçevir"ə

"Karvan-Yevlax"dan ayrılan futbolçu Nika Çaçaşvilinin yeni klubunun adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi karyerasını "Mingəçevir"də davam etdirəcək.

1-ci liqa təmsilçisi futbolçu ilə imzalanan müqavilənin detallarını açıqlamayıb. 

Qeyd edək ki, "Mingəçevir" hazırda 1-ci liqanın turnir cədvəlində 21 xalla 4-cüdür.