"Karyeramın əsas məqsədi dünya çempionatında iştirak etməkdir" - "Səbail"in futbolçusu
"Səbail"in müdafiəçisi Tamazi Tsetsxladze klubun "ON SUAL" rubrikasının qonağı olub. - Futbolçu karyeranızı necə qurmusunuz? - Uşaqlıqda Ronaldinyonun heyranı idim və onun kimi oynamaq istəyirdim. Lakin o vaxt heç də yaxşı oynamırdım və mənim həmyaşıdlarım mənimlə futbol oynamaq istəmirdilər. Bu da çox xətrimə dəyirdi. Eyni zamanda da məni motivasiya edirdi ki, daha da qətiyyətlə məşq edim, həmyaşıdlarımı keçmək üçün. Beləliklə futbol ilə məşğul olmağa başladım. - Bu anlıq ən yaddaqalan epizod "Səbail”in "Neftçi”yə 0:1 hesabı ilə qalib gəlmişik. Bu matçın komandamız üçün tarixi əhəmiyyəti var idi. Çünki "Səbail" ilk dəfə Premyer Liqada qalib oldu. - Fabio Kannavaro. - Boş vaxtımda "Sony Playstation 4” oynamağı xoşlayıram. Hobbiyə gəldikdə isə əhval-ruhiyyəm yaxşı olanda kitab oxuyuram. - Ən sevdiyim film - "The last of the Mohicans”, musiqi - "Ray Charles - Mother”, kitab - " Karl Menninger - Man against himself”. - "Gələcəkdə istədiyin adam olmaq üçün, indi özünü qurban etməlisən". - Ən çox sadəliyə, mədəniyyətə və məqsədyönlülüyə dəyər verirəm. - Karyeramın əsas məqsədi - dünya çempionatında Gürcüstanın millisi ilə iştirak etmək. - Zəhmətkeş olmaq və heç vaxt həvəsdən düşməmək. Ola bilsin, indi sizə heç kim fikir vermir, ancaq Allah mütləq zəhmətinizə qiymət verəcək. - Azarkeşlərimə onların dəstəylərinə görə minnətdarlığımı bildirirəm. Onlar oyundu böyük motivasiya verirlər. Azarkeşlərimiz - bizim 12-ci oyunçumuzdur. Varlığınıza görə təşəkkür edirik!
|