Kasilyas: "Ramos "Real"ın əfsanəsidir"

Madrid "Real"ının sabiq qapıçısı İker Kasilyas sözügedən paytaxt klubuyla vidalaşacağı deyilən Serxio Ramosla bağlı danışıb.

Sportline.az xəbər verir ki, AS eks-qolkiperin söylədiklərini belə çatdırıb:

"Serxio "Real"ın əfsanəsidir. Klub ən yaxşıları heyətdə saxlamalıdır".

Avropa mətbuatı adı İngiltərə və İtaliyanın böyük klublarıyla da yanaşı çəkilən Ramosun PSJ-yə keçməyə daha yaxın olduğunu iddia edir.

Serxio 2005-ci ildən "Real"da çıxış edir. 34 yaşlı kapitanın klubuyla olan müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq.