"Elə bildim, "Qarabağ"ın azarkeşidir" - Katalin Tira

“Neftçi”nin futbolçusu Katalin Tira üzr istəyib. SportLine.az xəbər verir ki, rumıniyalı hücumçu dünən “Qarabağ”la keçirilən çempionat oyunundakı hərəkətinə görə, peşman olduğunu bildirib.

Tira şəxsi facebook səhifəsində matçın son dəqiqələrində vurduğu azarkeşdən üzr istəyib: "Dünənki hadisəyə görə, çox təəssüflənirəm. Mən bu hərəkətə sadəcə, öz komanda yoldaşımı müdafiə etmək üçün yol verdim. Bilmirdim ki, o, bizim azarkeşimizdir. Elə bildim ki, "Qarabağ"ın azarkeşidir"

Tira sonda Azərbaycan dilində “üzr istəyirəm” ifadəsini də işlədib.

Banner