Kavaninin yeni klubu bilindi
İngiltərənin "Mançester Yunayted" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi bu yay PSJ-dən ayrılan və azad agent statusu daşıyan uruqvaylı Edinson Kavanini transfer edib.
33 yaşlı hücumçu ilə daha bir il də artırılması nəzərdə tutulan 1 illlik müqavilə imzalanıb.
Qeyd edək ki, Edinson Kavani 2013-cü ildən PSJ-nin formasını geyinirdi. O, Paris təmsilçisində 301 oyun keçirib, 200 qol, 43 məhsuldar ötürmənin müəllifi olub.