Kazemiro üçün qapılar açıqdır

"Mançester Yunayted" növbəti mövsümdə daha iddialı komanda ilə meydana çıxmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, "qırmızı şeytanlar" bu məqsədlə heyətə əl gəzdirməyi planlaşdırırlar.

Transfer hədəfləri ilə yanaşı komandadan göndəriləcək futbolçuları da müəyyənləşməkdədir.

Onlardan biri Kazemiro olacaq. Məşhur jurnalist Fabrisio Romanonun sözlərinə görə, mançesterlilər 32 yaşlı braziliyalı ilə vidalaşmağa hazırlaşırlar.

Kazemiro ilə Səudiyyə Ərəbistanı klublarının yaxından maraqlandığı bildirilir. 

Qeyd edək ki, təcrübəli futbolçunun "Mançester Yunayted"lə 2026-cı ilədək müqaviləsi var.