Keçmiş portuqaliyalı futbolçu klub sahibi olub

"Mançester Yunayted"in və Portuqaliya yığmasının sabiq cinah oyunçusu Nani futbol həyatında yeni mərhələyə hazırlaşır.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki,  Nani bir qrup investorla birlikdə "Sintrense" klubunun səhmlərinin 95 faizini alıb. Klub Lissabonun şimal-qərbində, oyunçunun doğulduğu Sintraya yaxın yerdə yerləşir. 112 il əvvəl qurulan "Sintrense" Portuqaliya dördüncü liqasında çıxış edir.

İddialı yeni sahiblər klubu Portuqaliya yüksək divizionu olan Premyer Liqaya çıxarmaq üçün böyük sərmayə qoymağı planlaşdırır.

Qeyd edək ki, 37 yaşlı Nani son olaraq "Adana Demirspor"da forma geyinib və mayda klubdan ayrılıb.