Keçmiş "Qarabağ"lının yeni komandası

“Qarabağ”dan ayrılan Maqaye Qeye özünə yeni klub tapıb.

Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını Rumınya “Diamo”sunda davam etdirəcək. Bu haqda klubun baş məşqçisi Kosmin Kontra danışıb. O, seneqal əsilli fransalı yarımmüdafiəçi ilə müqavilə imzaladıqlarını bildirib.

45 yaşlı çalışdırıcı futbolçunun milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən sonra meydana çıxmağa hazır olacağını da qeyd edib.

Xatırladaq ki, 2019-2020-ci illərdə Ağdam klubunda çıxış edən M.Qeye geridə qalan mövsüm 28 matça çıxaraq, 8 qol vurub.