Kennetin yeni dayanacağı "Dortmund" olacaq

"Herta Berlin"in futbolçusu Kennet Eyixhörn karyerasını "Borussiya Dortmund"da davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.

16 yaşlı oyunçu dəyəri 20 milyon avrodur.

Qeyd edək ki, sözügedən yarımmüdafiəçinin meneceri "Dortmund" klubu ilə təmas halındadır.