"Kəpəz" daha 3 futbolçunu göndərdi
"Kəpəz”in əsas komandasının üç futbolçusu əvəzedici heyətə göndərilib.
SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçilər Əli Səmədov, Əli Əliyev və hücumçu Fərid Məmmədov əvəzedici komandada çıxış edəcək.
Bununla belə, baş məşqşi Yunis Hüseynov hər üç oyunçunu ara-sıra əsas komandanın hazırlıq proseslərinə və oyunlara cəlb edəcək.
Qeyd edək ki, "Kəpəz" 2 gün öncə 8 futbolçusu ilə yollarını ayırıb.