"Kəpəz" legioner oyunçu aldı

Transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətinə yeni oyunçu cəlb edib.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi xorvatiyalı qapıçı Mario Mustapic ilə müqavilə bağlayıb.22 yaşlı qapıçı ilə mövsümün sonunadək anlaşma imzalanıb.

Qeyd edək ki, Mario "Kəpəz"ə azad agent kimi transfer edilib. Onun son komandası Xorvatiyanın 1-ci liqa təmsilçisi "Rudeş" klubu olub. Bu komandada ötən mövsüm ümumən 26 oyunda (25-i liqa, 1-i kubok) meydana çıxıb.