"Kəpəz" heç-heçə ilə başladı

Antalyada təlim-məşq toplanışında olan "Kəpəz" bu gün ilk yoxlama oyununu keçirəcək. SportLine.az xəbər verir ki, Gəncə təmsilçisi Rumıniyanın "Vitorul" kollektivi ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.

Qeyd edək ki, "Vitorul" Rumıniya çempionatında 34 xalla 6-cı yerdə qərarlaşıb. "Kəpəz" isə Topaz Premyer Liqasında 7 xalla sonuncudur.


22 yanvar 2018
Yoldaşlıq görüşü

"Kəpəz" (Azərbaycan) - "Vitorul" (Rumıniya) - 1:1
"KƏPƏZ"İN QOLU:
Şəhriyar Rəhimov
Antalya, Türkiyə