"Kəpəz" "Turan Tovuz"la oyuna itkilərlə çıxacaq

Ölkə kubokunun 1/4 finalında "Turan Tovuz"la görüşəcək "Kəpəz" oyuna itkilərlə çıxacaq.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Tural Rzayev ailə vəziyyəti ilə bağlı heyətdən kənarda qalıb.

Zamiq Əliyev isə zədəli olduğu üçün bugünkü matçı buraxacaq.

Qeyd edək ki, bu gün Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Turan Tovuz" matçı saat 14:00-da başlanacaq.

Banner