"Kəpəz" Türkiyə toplanışına start verdi

Çempionatın qış fasiləsində hazırlığın əsas mərhələsi üçün Türkiyəyə yollanan “Kəpəz” məşqlərə başlayıb.

Sportline.az xəbər verir ki, komanda gündə iki dəfə hazırlıq keçir.  Heyətdə 18 futbolçu yer alıb. “Sarı-göylər” toplanış müddətində taktiki və texniki məşqlərə üstünlük verib, yoxlama oyunlarına çıxacaqlar.  

"Kəpəz" yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 25-də “Daejeon Citizen” (Cənubi Koreya), 28-i tarixində “Yagelloniya” (Belostok, Polşa) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə oynayacaq. 
Təlim-məşq toplanışı fevralın 2-də başa çatacaq.